Tehran Universitetində partlayış olub, üç tələbə xəsarət alıb
Region
- 02 oktyabr, 2025
- 16:05
İranın Tehran Universitetində laboratoriyada baş verən partlayış nəticəsində üç tələbə xəsarət alıb.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin tələbələrlə iş üzrə vitse-prezidenti Mahmud Nili Əhmədabadi bildirib.
Onun sözlərinə görə, hadisə azot kapsulunun partlaması nəticəsində olub. M.Əhmədabadi bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır.
Məlumata görə, partlayış Tehran Universitetinin materialşünaslıq və metallurgiya fakültəsinin laboratoriyasında baş verib. Hadisə nəticəsində laboratoriya tamamilə dağılıb.
Bildirilib ki, Tehran Universiteti də təhlükəsizliyi təmin olunmayan binalardan sayılır.
Son xəbərlər
12:18
"Al-Ikhbariya": İsrail Suriya ərazisini atəşə tutub
Digər ölkələr12:14
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Ekologiya12:14
"Şəki" Əsasnamənin tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Basketbol Liqasına buraxılmayıb
Komanda12:11
"Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb
Energetika12:08
İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
Sənaye12:02
Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY
Elm və təhsil11:58
Foto
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Daxili siyasət11:57
Yaponiyada torpaq sürüşmələri nəticəsində ölənlərin sayı dördə çatıb - YENİLƏNİB
Digər ölkələr11:55