Tbilisidə “Mişaya azadlıq!” yazıları peyda olub

Region
  • 08 oktyabr, 2021
  • 10:06
Tbilisidə “Mişaya azadlıq!” yazıları peyda olub

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi küçə və prospektlərində “Mişaya azadlıq!” trafaret yazıları peyda olub.

“Report”un yerli bürosu xəbər verir ki, yazılara asfatlt üzərində, binaların fasadlarında və yeraltı keçidlərdə rast gəlinir.

Analoji yazılar Kutaisi və Zuqdidi şəhərlərində də var.

Qeyd edək ki, müxalif Vahid Milli Hərəkat Partiyası sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya keçirmək barədə qərar qəbul edib.

44 - Tezliklə