Tbilisidə Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub
Region
- 26 iyun, 2022
- 07:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib.
“Report”un yerli bürosu xəbər verir ki, rəşadətli ordumuzun yaradılmasının 104-cü ildönümü münasibətilə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatı və səfirlik əməkdaşları ulu öndərin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Ziyarətdə Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Burak Altınər və hərbi attaşe aparatının zabitləri də iştirak edib. Onlar Azərbaycanı və azərbaycanlı həmkarlarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər.
Foto
Foto
Son xəbərlər
08:19
Bakının 15 istiqamətində tıxac müşahidə olunur
İnfrastruktur
08:13
Yaponiyada mobil rabitənin işində kəsinti baş verib
Digər ölkələr
07:53
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
İKT
07:46
"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
Komanda
07:14
Pezeşkian Türkiyəyə yola düşüb
Region
07:06
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
Digər ölkələr
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region
06:19
"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
Sağlamlıq
05:55
NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb
Digər ölkələr