Tbilisidə ABŞ prezidentinin heykəli təhqir edilib
Region
- 23 sentyabr, 2015
- 15:50
Bakı. 23 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın abidəsi təhqir edilərək üzərinə qırmızı boya tökülüb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, polis əməkdaşları təqsirkarın şəxsiyyətini müəyyənləşdirsə də, onu tutmayıb.
Xəbərdə bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Bu əmələ görə təqsirkar ya 100 saatdan 180 saatadək ictimai işlərə cəlb edilir, ya cərimə ödəyir, ya da 1 ildən 3 ilədək azadlıqdan məhrum olunur.
Qeyd edək ki, Ronald Reyqanın bürüncdən olan bu heykəli 2011-ci ildə qoyulub. Abidənin üstündə ingilis və gürcü dillərində ABŞ-ın 40-cı prezidentinin çıxışından örnək həkk edilib: "Hər nəsil azadlığın qorunmasına qayğı göstərməlidir".
Son xəbərlər
00:03
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib
Xarici siyasət23:52
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:42
Kris Rayt: Hörmüz boğazından gündə təxminən 9 milyon barel neft daşınır
Digər ölkələr23:28
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Region23:05
Prezident: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
Daxili siyasət22:59
İlham Əliyev: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
Daxili siyasət22:53
Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq
ASK22:48
Video
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət22:45