Tbilisidə 3 fərdi ev yanıb, 10 ailəyə ziyan dəyib

Region
  • 05 iyun, 2019
  • 07:27
Tbilisidə 3 fərdi ev yanıb, 10 ailəyə ziyan dəyib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Avlabar rayonunda 3 fərdi ev yanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb olunub.

Evlərdən birində su qızdırıcının səbəb olduğu yanğın qısa vaxt ərzində qonşu evlərə keçib. Yanğın artıq lokallaşdırılıb, onun tam aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Üç evin yanması nəticəsində 10 ailəyə ziyan dəyib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.