Gürcüstanda Qardabani və daha iki şəhərə xüsusi tənzimləmə statusu verilib
- 24 noyabr, 2025
- 14:52
Tbilisi, Qardabani və Tetritskaronun müəyyən ərazilərinə xüsusi tənzimləmə zonası statusu verilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli hökumətin müvafiq qərarında qeyd olunub.
Hökumətin qərarına əsasən, adıçəkilən bölgələrin bələdiyyələrinin inzibati sərhədləri daxilindəki ərazi hissələrinə ekoloji və digər müvafiq amillər nəzərə alınmaqla xüsusi tənzimləyici ərazi statusu tətbiq olunacaq.
Həmçinin, Məkan və Şəhərsalma Agentliyinə bir sıra tapşırıqlar verilib. Zəruri hallarda agentlik ekoloji tədqiqatlar əsasında inkişaf planlarının və ya müfəssəl inkişaf planlarının hazırlanması, təsdiqi ilə məşğul olacaq. Bundan əlavə, xüsusi tənzimləmə sahələrinin konturunun zəruri hallarda düzəldilməsi və müvafiq təkliflərin təqdim olunması da agentliyin vəzifələri arasındadır.
Sənəddə qeyd olunur ki, artıq Tbilisi, Qardabani və Tetritskaro bələdiyyələri qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq bu qətnamənin icrası üçün müvafiq tədbirlər görməlidirlər.