Tbilisi məhkəməsi Saakaşvilini doqquz il həbs cəzasına məhkum edib

Region
  • 12 mart, 2025
  • 10:51
Tbilisi məhkəməsi Saakaşvilini doqquz il həbs cəzasına məhkum edib

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollar dövlət vəsaitini israf etməkdə təqsirli bilərək onu doqquz il həbs cəzasına məhkum edib.

“Report” xəbər verir ki, bu barədə "Mtavari arxi" telekanalı xəbər verir.

Hökmü hakim Badri Koçlamazaşvili oxuyub. Məhkəmənin qərarına əsasən, Saakaşvilinin keçmiş mühafizə rəisi Teymuraz Canaşiya da təqsirli bilinib, lakin o, yalnız 300 min lari (100 min dollar) məbləğində cərimə ilə kifayətlənib.