Tacikistan-Özbəkistan sərhədində atışma olub, 15 silahlı məhv edilib
- 06 noyabr, 2019
- 06:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Tacikistan-Özbəkistan sərhədində sərhədçilərlə 20 nəfərlik silahlı dəstə arasında baş verən atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib, 1 əsgər və 1 polis əməkdaşı həlak olub.
“Report” “CA-NEWS”a (TJ) istinadən xəbər verir ki, məlumatı Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Xidməti yayıb.
Hadisə noyabrın 6-da səhər saatlarında baş verib. Bir qrup silahlı “Sultanabad” sərhəd dəstəsinin 4 saylı “İşkobod” sərhədyanı zastavasına hücum edib. Sərhədçilərin açdığı atəş nəticəsində onların 15-i öldürülüb, 5-i isə saxlanlıb. Atışma nəticəsində bir əsgər və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı ölüb.
Tacikistan Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat nəticəsində silahlı qruplaşmanın 4 avtomobili də məhv edilib.