Suriyada Türkiyənin bir hərbçisi şəhid olub, 3-ü yaralanıb

Region
  • 05 oktyabr, 2016
  • 06:03
Suriyada Türkiyənin bir hərbçisi şəhid olub, 3-ü yaralanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Fırat Kalkanı" ("Fərat qalxanı") adı altında keçirdiyi antiterror əməliyyatının 43-сü günündə bir hərbçi şəhid olub, 3-ü yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Suriyanın Ziyara bölgəsində baş verib.