Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub, 15-i yaralanıb

Region
  • 08 fevral, 2017
  • 10:15
Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub, 15-i yaralanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 2 hərbçi şəhid olub, 15-i yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hücum İŞİD silahlıları tərəfindən edilib.

Məlumata görə, terrorçuların hücumundan sonra İŞİD silahlılarının sığındığı yerlər qurudan və havadan atəşə tutulub.

44 - Tezliklə