Süleyman Soylu: "Türkiyə tarixi qərar ərəfəsindədir"

Region
  • 11 aprel, 2023
  • 11:26
Süleyman Soylu: Türkiyə tarixi qərar ərəfəsindədir
Süleyman Soylu

"Türkiyə indiyədək bir çox tarixi əhəmiyyətli qərarlar verib. İndi yenə tarixi qərar ərəfəsindəyik".

"Report"un xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O bildirib ki, 20 il əvvələdək ölkənin şərq və cənub şərqində vəziyyət çox ağır idi: “İnsanlar qorxa-qorxa küçəyə çıxırdı. İndi isə durum dəyişib. Bundan sonra hansı Türkiyənin olmasına dair qərarı isə xalq verəcək. Gələcəkdə hansı Türkiyənin mövcud olacağı tamamilə xalqın iradəsindən asılıdır".

Nazir söyləyib ki, fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək: "Biz xalq üçün çalışmaqdan məmnunuq".

Xatırladaq ki, bu gün “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçki platformasını açıqlayacaq.