Stiv Uitkoff Türkiyədəki danışıqlarda HƏMAS lideri ilə görüşməyəcək - YENİLƏNİB

Region
  • 19 noyabr, 2025
  • 15:10
Stiv Uitkoff Türkiyədəki danışıqlarda HƏMAS lideri ilə görüşməyəcək - YENİLƏNİB

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Türkiyədə HƏMAS-ın liderlərindən biri Xəlil əl-Hayya ilə görüşməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Israelhayom" ABŞ mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton HƏMAS-ın BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı Qəzzada vəziyyətin nizamlanması üzrə ABŞ planına qarşı ərəb ölkələrinin dəstəyini səfərbər etmək cəhdlərinə görə qəzəblənib.

Nəşr qeyd edir ki, bu addımlar əslində Donald Trampın İsrail və HƏMAS arasında atəşkəs sazişinin növbəti mərhələsinin irəlilədilməsi üzrə səylərini ləngidib.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün İstanbulda HƏMAS-ın yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti ilə Qəzza zolağında atəşkəs rejiminin davam etdirilməsi üzrə səyləri müzakirə etmək üçün görüşəcək.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri ərəb diplomatına istinadən məlumat yayıb.

Bildirilib ki, HƏMAS-ın nümayəndə heyətinə Xəlil əl-Hayya rəhbərlik edir.

Bu, S.Uitkoffun onunla ikinci görüşü olacaq. İlk görüş razılaşmanın əldə edilməsi üçün həlledici əhəmiyyət kəsb edib. Çünki Prezident Donald Trampın məsləhətçiləri HAMAS liderlərini əmin edib ki, qruplaşma öz öhdəliklərini yerinə yetirdiyi müddətcə ABŞ İsraildən razılaşmanın şərtlərinə riayət edilməsini tələb edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti