Şoyqu: Zəngəzur dəhlizi ilə "Şimal-Cənub" arasında rəqabət olmayacaq

Region
  • 05 noyabr, 2025
  • 16:41
Şoyqu: Zəngəzur dəhlizi ilə Şimal-Cənub arasında rəqabət olmayacaq

Zəngəzur dəhlizi və "Şimal-Cənub" nəqliyyat dəhlizi bir-biri ilə rəqabət aparmayacaq.

"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə açıqlamasında bildirib. "Hesab edirəm ki, hər iki yol təkcə mövcud olmaq hüququna malik deyil. Onlar Azərbaycanın öz rayonları ilə birləşməsi, ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizlərinin yaranması üçün lazımdır", - o qeyd edib.

S.Şoyqu xatırladıb ki, "Şimal-Cənub" dəhlizi dərin Cənub limanlarının Şimal Buzlu okeanı, Şimal dəniz yolu ilə birləşməsidir. "Mən bunda pis bir şey və rəqabət görmürəm", - o vurğulayıb.

TŞ katibi qeyd edib ki, Rusiya inkişaf etmiş nəqliyyat magistralına malik nəhəng bir ölkədir və istənilən yol - həmişə yaxşıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti