Son iki gündə Gürcüstanda keçirilən əməliyyatlarda 97 nəfər həbs edilib

Region
  • 18 fevral, 2026
  • 11:38
Son iki gündə Gürcüstanda keçirilən əməliyyatlarda 97 nəfər həbs edilib

Gürcüstanda mütəşəkkil cinayətkarlığa qarşı keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində son 48 saat ərzində 97 nəfər həbs edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Geka Geladze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, saxlanılanlardan 81 nəfər narkotik qaçaqmalçılığı və narkotiklə bağlı cinayət sxemləri ilə əlaqəlidir.

Nazir bildirib ki, əməliyyatlar paytaxt Tbilisi ilə yanaşı, ölkənin müxtəlif regionlarında eyni vaxtda həyata keçirilib. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

"Hökumət cinayətkarlığa qarşı mübarizəni davam etdirəcək. Çünki cinayətkarı cəzadan xilas edəcək heç bir əsas yoxdur. Gürcüstan bu sahədə ən sərt və nəticəyönümlü mübarizə aparan ölkələrdən biri olacaq", - G.Geladze əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti