Sistan və Bəlucistan vilayətində silahlı toqquşma baş verib

Region
  • 12 sentyabr, 2026
  • 08:57
Sistan və Bəlucistan vilayətində silahlı toqquşma baş verib

İranın Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında toqquşma baş verib.

"Report" IRIB-yə istinadən xəbər verir ki, terrorçu qruplaşmalardan birinin toplanma yeri aşkarlanıb və həmin obyektə zərbə endirilib.

"İctimai təhlükəsizliyi pozmaq, təxribat və terror aktları həyata keçirmək niyyətində olan İran İslam Respublikası quruluşuna düşmən qruplaşmalar Saravan şəhərinin bir nöqtəsində toplaşmışdılar ki, inqilabi qüvvələrin kəşfiyyat nəzarəti və sayıqlığı nəticəsində qəfil yaxalanaraq ağır zərbəyə məruz qalıblar", - məlumatda bildirilib.

Hələlik toqquşmada dəqiq itki, yaxud yaralıların sayı barədə rəsmi və ya təsdiqlənmiş məlumat verilməyib.