Simonyan: Ermənistan Türkiyə–Gürcüstan–Azərbaycan formatına qoşula bilər
- 17 aprel, 2026
- 18:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Kurtulmuşla görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"Mən İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla söhbət etdim. Mən həmkarımın Gürcüstan parlamentinin sədri ilə görüşü zamanı səsləndirdiyi, regionumuzda sülh, sabitlik və rifahın təşviqinə doğru bir addım olaraq Ermənistanın Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil edilməsi barədə son təklifini alqışladım. Biz həmçinin bu təşəbbüsün irəlilədilməsi ilə bağlı sonrakı detalları müzakirə etdik", - Simonyan qeyd edib.
🇦🇲🇹🇷
— Alen Simonyan (@alensimonyan) April 17, 2026
Within the framework of the #IPU152 Assembly in #Istanbul, I had an exchange with the Speaker of the Grand National Assembly of Türkiye, @NumanKurtulmus.
I welcomed my colleague’s recent proposal, voiced during his meeting with the Speaker of the Parliament of Georgia, to… pic.twitter.com/ixlbAfQbQU