Sibiqa: Ukrayna və Almaniya BARS dronlarının birgə istehsalı barədə saziş imzalayıb

Region
  • 08 iyul, 2026
  • 13:42
Sibiqa: Ukrayna və Almaniya BARS dronlarının birgə istehsalı barədə saziş imzalayıb

Ukrayna və Almaniyanın XİN rəhbərləri Andriy Sibiqa və Boris Pistorius BARS dronlarının birgə istehsalı barədə saziş imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Sibiqa "X" sosial şəbəkəsində bildirib.

"Almaniyanın federal müdafiə naziri Boris Pistoriusla BARS dronlarının birgə istehsalının həyata keçirilməsi barədə saziş imzaladıq. Saziş Ukrayna Müdafiə Nazirliyi və Almaniya Federal Müdafiə Nazirliyinin birgə səyləri nəticəsində "Build with Ukraine" təşəbbüsü çərçivəsində bağlanıb", - o deyib.

Sibiqa həmçinin qeyd edib ki, layihənin ilk mərhələsində pilotsuz uçuş aparatlarının istehsalını Almaniya maliyyələşdirəcək və istehsal olunan bütün avadanlıqlar Ukrayna Silahlı Qüvvələrinə veriləcək.