SEPAH sutka ərzində ABŞ-nin ikinci F-35 qırıcısını vurub - YENİLƏNİB
- 03 aprel, 2026
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava Hücümundan Müdafiə vasitələri ölkənin hava məkanında ABŞ-nin F-35 qırıcısını vurub.
"Report" xəbər verir ki, bu barədə İran KİV-i "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahına istinadən məlumat yayıb.
İlkin məlumata görə, güclü partlayış səbəbindən pilot katapult edə bilməyib. Qərargahın məlumatına görə, bu, ABŞ-nin sutka ərzində vurulmuş ikinci "F-35" qırıcı təyyarəsidir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə aid qırıcı təyyarəni məhv edib.
"Report" xəbər verir ki, bu barədə SEPAH-a istinadən ISNA məlumat yayıb.
"Düşmənin qabaqcıl bir qırıcısı Qeşmdə vurulub", - məlumatda bildirilib.
SEPAH Trampın dediyi kimi, İranın hava hücumundan müdafiə (HHM) sisteminin məhv olmadığını iddia edib və HHM sisteminin ABŞ ilə İsrail hücumlarının qarşısını almağa qadir olduğunu bildirib.
Vurulan təyyarənin Qəşm və Henqam adalarının arasındakı su hövzəsinə düşüb batdığı qeyd olunub.