SEPAH: ABŞ-nin "Patriot" sistemləri və PUA idarəetmə mərkəzi məhv edilib - YENİLƏNİB

Region
  • 13 iyul, 2026
  • 08:30
SEPAH: ABŞ-nin Patriot sistemləri və PUA idarəetmə mərkəzi məhv edilib - YENİLƏNİB

ABŞ ordusunun Bəhreyndəki pilotsuz uçuş aparatları (PUA) idarəetmə və nəzarət mərkəzi məhv edilib.

"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Patriot" hava hücumumndan müdafiə (HHM) və radar sistemləri tamamilə məhv edilib", - SEPAH-dan bildirilib.

Həmçinin əlavə edilib ki, ABŞ hücumlarına qarşı "qisas əməliyyatı" davam edir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı "Şahzadə Həsən" avibazasına hücum edib.

"Report" xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

"Aviabazanın yanacaq çənləri və silah-sursat anbarları yandırılıb", - məlumatda bildirilib.

Xatırladaq ki, daha əvvəl İordaniyadakı Muvaffaq Salti avibazasının hücuma məruz qaldığı barədə xəbər verilib.

Qeyd edək ki, "Şahzadə Həsən" və Muvaffaq Salti İordaniyanın Məfraq vilayətində yerləşən iki əsas hərbi aerodromdur.