SEPAH: ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirilib
- 09 iyul, 2026
- 07:33
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz və aerokosmik qüvvələri ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.
"Report" İranın dövlət televiziyasına istinadən məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında bildirilir.
"Düşmənin ölkənin müxtəlif yerlərinə hücumlarından qısa müddət sonra SEPAH-ın hərbi dəniz və aerokosmik qüvvələri birgə raket və pilotsuz təyyarə əməliyyatı zamanı Küveytdəki iki ABŞ bazasında - Əli əs-Salem və Arifcanda, eləcə də Bəhreyndəki Əl-Cufair və Şeyx İsada əsas obyektləri və infrastrukturu məhv edib", - bəyanatda deyilir.
SEPAH xəbərdarlıq edib ki, Amerikanın hücumları təkrarlansa, İran ABŞ-nin Yaxın Şərqdəki digər hərbi bazalarını da əhatə edəcək şəkildə cavab tədbirlərini genişləndirəcək.