Səfir: “Tehrandakı görüş regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi üçün əsas platformaya çevriləcək”

Region
  • 23 oktyabr, 2023
  • 11:35
Səfir: “Tehrandakı görüş regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi üçün əsas platformaya çevriləcək”

“Tehranda keçiriləcək “3+3” formatında nazirlərin görüşü regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi üçün əsas platformaya çevriləcək”.

"Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Regional məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan birbaşa region ölkələri arasında qarşılıqlı fəaliyyət yolu ilə həll edilə bilər”, - o bildirib.

Xatırladaq ki, bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçiriləcək. Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Gürcüstan görüşdə iştirak etməyəcək.

44 filmi