Səfir: "Azərbaycan xalqı builki Novruzu ikiqat sevinclə qeyd edir"
- 17 mart, 2021
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan xalqı builki Novruz bayramını Vətən müharibəsindəki böyük Zəfər bayramı ilə birgə və misilsiz qələbəyə görə qəhrəman övladlarına minnətdarlıq hissi ilə qeyd edir".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən Novruz şənliyində deyib.
Onun sözlərinə görə, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yer tutur və özünəməxsus adət-ənənələri ilə seçilir.
Səfir Novruzun Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.
F.Quliyev Gürcüstanda yaşayan soydaşlarımızın da hər il Novruz bayramını təntənə ilə qeyd etdiklərini deyib: "Bayram tədbirlərinin təşkilinə göstərilən dəstəyə görə Gürcüstan dövlətinə minnətdarlığımı bildirirəm".
Diplomat Novruz bayramının Gürcüstana da bol ruzi-bərəkət və əmin-amanlıq bəxş edəcəyinə ümidvarlıq ifadə edib.