Səfir: ATƏT-in Minsk qrupu faydasız struktur olub

Region
  • 15 sentyabr, 2025
  • 15:52
Səfir: ATƏT-in Minsk qrupu faydasız struktur olub

ATƏT-in Minsk qrupu uzun müddətdir fəaliyyətsiz və faydasız struktur olub.

"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə İrəvanda Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narinen bildirib.

"Düşünürəm ki, Minsk qrupu kifayət qədər uzun müddət fəaliyyətsiz olan bir struktur olub. O, sadəcə mövcud idi, lakin təcrübədə hər hansı bir şey üçün alət kimi istifadə edilə bilməzdi", -K.Narinen qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan hökumətləri onun buraxılması barədə birgə qərar qəbul ediblər və ATƏT bu müraciəti məmnuniyyətlə dəstəkləyib.

Diplomat iki xalqın tam barışması üçün vaxt lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Finlandiya 2025-ci ildə ATƏT-in fəaliyyətdə olan sədridir.

Xatırladaq ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk prosesinin və onunla bağlı digər təsisatların bağlanması barədə qərar qəbul edib.

Son xəbərlər

Bütün Xəbər Lenti