Samvel Karapetyanın şirkəti "Ermənistan Elektrik Şəbəkələri" üzrə lisenziyasından məhrum edilib

Region
  • 17 noyabr, 2025
  • 15:16
Samvel Karapetyanın şirkəti Ermənistan Elektrik Şəbəkələri üzrə lisenziyasından məhrum edilib

Ermənistanda "Ermənistan Elektrik Şəbəkələri"ni idarə edən "Taşir Kapital" şirkəti fəaliyyət lisenziyasından məhrum edilib.

"Report"un Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qərar İctimai Xidmətləri Tənzimləmə Komissiyasının üçgünlük müzakirəsindən sonra qəbul edilib.

Söhbət "Ermənistan Elektrik Şəbəkələri"nin elektrik enerjisinin (gücünün) paylanması üzrə 0092 nömrəli lisenziyasının ləğv edilməsindən gedir.

Komissiyada bu qərarın səbəbi kimi qanunvericiliyin çoxsaylı pozuntuları və müəssisənin əvvəllər irəli sürülmüş tələbləri yerinə yetirməməsi göstərilib.

Komissiyanın məlumatına görə, bu qərar energetika sisteminin stabil və təhlükəsiz işini təmin etməyə yönəlib.

Xatırladaq ki, "Taşir Kapital" şirkəti Ermənistanda hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham edilərək həbs olunmuş iş adamı Samvel Karapetyana məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti