Şakira və Pikenin evini qarət edən gürcü “qanuni oğru” saxlanılıb
Region
- 10 sentyabr, 2018
- 09:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 10 sentyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətində “Qoqita” ləqəbli “qanuni oğru” Qoça Maisuradze saxlanılıb.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, o, İspaniyada bir neçə evin, həmçinin futbolçu Jerar Pike və müğənni Şakiranın da evini qarət etməkdə ittiham olunur.
İstintaqla müəyyən olunub ki, Q.Maisuradze Barselonada və Aralıq dənizi sahilində varlı şəxslərin ev və mənzillərini qarət edən bir neçə kriminal qruplaşmaya nəzarət edib.
Q.Maisuradzenin oğurlanmış əşyaların yarısını özü üçün tələb etdiyi, əks halda kriminal qruplaşmanın üzvlərini amansızcasına cəzalandırdığı müəyyən olunub. O, həmçinin insanların döyülməsi, oğurlanması və onlara işgəncə verməkdə də ittiham olunur.
Son xəbərlər
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika