Sabah Belarusda prezident seçkisinin tarixi müəyyən ediləcək

Region
  • 07 may, 2020
  • 14:14
Sabah Belarusda prezident seçkisinin tarixi müəyyən ediləcək

Belarus deputatları mayın 8-də növbəti prezident seçkisinin vaxtını təyin edəcək.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko pandemiyaya baxmayaraq, seçkinin yayda keçiriləcəyini açıqlayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina seçkilərin yalnız avqustun 30-da keçirilməsinin mümkün olacağını söyləyib. Onun sözlərinə görə, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq ediləcəyi halda, bu siyasi kampaniyanı təxirə salmaq olar.

Qeyd edək ki, Aleksandr Lukaşenko 1994-cü il iyulun 20-dən Belarus prezidentidir. O, 1954-cü il avqustun 30-da ölkənin Vitebsk vilayətinin Orşansk rayonunun Kopıs qəsəbəsində anadan olub.

44 - Tezliklə