Sabah "Arzuedənlər koalisiyası"nın görüşü keçiriləcək

Region
  • 16 avqust, 2025
  • 17:59
Sabah Arzuedənlər koalisiyasının görüşü keçiriləcək

"Arzuedənlər koalisiyası" ölkələrinin görüşü avqustun 17-də saat 15:00-da keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Fransa KİV-ləri Yelisey sarayının bəyanatına istinadən bildirib.

Qeyd olunub ki, videokonfrans formatında keçiriləcək görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts qatılacaq.

44 - Tezliklə