Saakaşvili məhkəməyə şikayət edəcək

Region
  • 25 oktyabr, 2017
  • 13:31
Saakaşvili məhkəməyə şikayət edəcək

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Nəhayət Prezident Adminstrasiyasından Ukrayna vətəndaşlığından məhrum edilməyim haqqında sənədləri aldıq”.

“Report” “İnterfax-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin keçmiş qurbenatoru Mixeil Saakaşvili bildirib.

“Ya bu gün, ya da sabah məhkəməyə gedəcəyəm. Vətəndaşlıqdan məhrum edilməyimlə bağlı şikayət edəcəyik”, -deyə o, Kiyevdə Ukrayna Dövlət Miqrasiya Xidmətinin binası qarşısında bildirib.