Rusiyanın Yaroslavl vilayətində iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb

Region
  • 08 iyun, 2025
  • 17:41
Rusiyanın Yaroslavl vilayətində iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb

Bazar günü səhər Rusiya Federasiyasının Yaroslavl vilayətində iki avtomobilin iştirakı ilə qəza baş verib, ölənlər var.

“Report” xəbər verir ki, bu barədə regionun DİN İdarəsinin mətbuat xidməti teleqramda məlumat yayıb.

Qəza saat 11:50-də Yaroslavl – Lyubim yolunda baş verib, “Mercedes” və “Chevrolet” avtomobilləri toqquşub.

“İlkin məlumatlara görə, toqquşma nəticəsində 4 nəfər həlak olub”, – məlumatda deyilir.

Hadisə yerində polis əməkdaşları işləyir, qəzanın təfərrüatları araşdırılır.

44 filmi