Rusiyanın Türkiyəyə satmaq istədiyi “S-400”ün qiyməti məlum olub

Region
  • 05 may, 2017
  • 11:14
Rusiyanın Türkiyəyə satmaq istədiyi “S-400”ün qiyməti məlum olub

Bakı. 5 may. REPORT.AZ/ Rusiya “S-400” zenit-raket qurğusunu Türkiyəyə 500 milyon dollar satın almağı təklif edib.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.

İnformasiyaya əsasən, mayın 3-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə “S-400”ə dair məsələni müzakirə edib.

Qeyd edək ki, 2007-ci ildə Rusiya və İran “S-300” raket kompleksi ilə bağlı müqaviləni 900 milyon dollara imzalayıb.