Rusiyanın neft və qaz gəlirlərinin yaxın illərdə azalacağı proqnozlaşdırılır

Region
  • 13 noyabr, 2025
  • 06:48
Rusiyanın neft və qaz gəlirlərinin yaxın illərdə azalacağı proqnozlaşdırılır

Rusiyanın neft-qaz gəlirləri yaxın bir neçə il ərzində əlavə olaraq azala bilər.

Report-un məlumatına görə, bunu "İzvestiya"ya müsahibəsində Qaydar İnstitutunun Ən yaxşı beynəlxalq təcrübələrin təhlili laboratoriyasının müdiri Antonina Levaşova bildirib.

"Rusiyanın gəlirlərinin daha da azalması riski mövcuddur və bu, ilk növbədə, 2026-cı ildə Avropa İttifaqının Rusiya neftindən istehsal olunan neft məhsullarının (məsələn, Türkiyə və Hindistan kimi üçüncü ölkələr vasitəsilə gətirilən) idxalına qoyduğu qadağanın qüvvəyə minməsi ilə bağlıdır", – deyə o izah edib.

Analitik əlavə edib ki, qiymətlərə təsir edən digər amillər arasında tələbat artımının yavaşlaması və təklifin artan profisiti yer alır. OPEC-in məlumatlarına görə, 2026-cı ildə təklifin artımına səbəb olacaq əsas ölkələr ABŞ, Braziliya, Kanada və Argentina olacaq, Rusiya isə bu siyahıya daxil deyil.

"2023-cü ildən bəri ən aşağı göstərici olmaqla, noyabr ayına qədər Hindistana tədarük qiymətləri 90 ABŞ senti azalıb, sentyabrda isə Türkiyəyə ixrac həcmi bir ay ərzində 27% azalıb. Payızda Rusiya tədarükləri digər məhdudiyyətlərlə də üzləşib: məsələn, mövsümün əvvəlindən iki fərqli səviyyədə qiymət limitləri tətbiq olunub. Söhbət Avstraliya və Yaponiyanın Avropa İttifaqının Rusiya neftinə tətbiq etdiyi 47,6 dollar/barrel qiymət tavanına qoşulmasından və ABŞ-nin 60 dollar/barrel limitindən gedir", – deyə ekspert vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti