​Rusiyanın hərbi gəmisi Latviyanın su sərhədi yaxınlığında müşahidə edilib

Region
  • 22 may, 2015
  • 13:06
​Rusiyanın hərbi gəmisi Latviyanın su sərhədi yaxınlığında müşahidə edilib

Bakı. 22 may. REPORT.AZ/ Latviyanın dəniz sərhədinin 11,11 kilometr yaxınlığında Rusiyanın hərbi gəmiləri müşahidə edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Latviya hərbçiləri bildirib.

"Mayın 22-də Latviyanın su sərhədlərindən, xüsusi iqtisadi zonasından 6 dəniz mili (11,11 km - S.İ.) aralı Rusiya Hərbi Dəniz Donanmasının "Passat 570" tipli kiçik raket gəmisi müşahidə edilib", - Latviya Milli Silahlı Qüvvələrinin rəsmi "twitter" səhifəsində vurğulanıb.

Xəbərə görə, Rusiya Müdafiə Nazirliyi hadisəni hələlik şərh etməyib.