Rusiyanın Əfqanıstandakı səfirliyinə hücumun qarşısı alınıb

Region
  • 05 fevral, 2018
  • 09:35
Rusiyanın Əfqanıstandakı səfirliyinə hücumun qarşısı alınıb

Bakı. 5 fevral. REPORT.AZ/ Rusiyanın Əfqanıstan paytaxtı Kabildəki səfirliyinə hücumun qarşısı alınıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, səfirliyin binası yaxınlığında minalanmış “Mazda” markalı avtomobil aşkarlanıb.

Başqa bir informasiyaya əsasən, səfirliyin binasına avtomobillə hücum edilib. 

Hələlik səfirlik hadisəyə rəsmi münasibət bildirməyib.

44 filmi