Rusiyanın Almaniyadakı səfirliyinin əməkdaşı ölüb
- 05 noyabr, 2021
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Almaniyadakı səfirliyinin əməkdaşı Kirill Jalo Berlində ölüb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burqer faktı təsdiqləyib.
O, şəxsi məlumatlarının qorunması baxımından hadisə ilə bağlı ətraflı məlumat verməyib.
Bir müdət əvvəl Almaniyada çıxan “Spiegel” jurnalı öz mənbələrinə istinadən əməkdaşın ölümü ilə bağlı informasiya yaymışdı: “Rəsmi diplomatik siyahıya əsasən, 35 yaşlı vətəndaş 2019-cu ilin yayından Berlində səfirliyin ikinci katibi kimi akkreditasiyadan keçib. Almaniyanın təhlükəsizlik xidməti onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin qeyri-rəsmi əməkdaşı sayıb”.
K.Jalo Rusiya səfiriyinin Berlinin Mitte rayonunun Berenştrass küçəsində yerləşən binasının yuxarı mərtəbəsindən yıxılaraq ölüb.
Qeyd edək ki, Kirill Jalo Rusiya Federal Təhlükəsizlik Xidmətinin Konstitusiya quruluşunun müdafiəsi üzrə İdarənin rəisi general-leytenant Alkesey Jalonun oğludur.