Rusiyada yanğında 3 uşaq və 1 qadın ölüb

Region
  • 11 avqust, 2020
  • 05:28
Rusiyada yanğında 3 uşaq və 1 qadın ölüb

Rusiyanın Samara vilayətində bağ evində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 1 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Bildirilib ki, yanğın nəticəsində 3 uşaq və 1 qadın ölüb.

Yanğının başlanmasına ilkin səbəb olaraq elektroavadanlığın nasazlığı göstərilib.

44 - Tezliklə