Rusiyada "Soyuz" Elmi-Texniki Şurasının rəhbəri Mkrtiç Okroyan qiyabi həbs edilib

Region
  • 24 oktyabr, 2025
  • 19:37
Rusiyada Soyuz Elmi-Texniki Şurasının rəhbəri Mkrtiç Okroyan qiyabi həbs edilib

Rusiyanın "Soyuz" Avimotor Elmi-Texniki Kompleksinin Elmi-Texniki Şurasının sədri Mkrtiç Okroyan Moskvada irimiqyaslı fırıldaqçılıq ittihamı ilə qiyabi həbs edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Okroyan barəsində axtarış elan olunub.

Cinayət işinin digər təfərrüatları açıqlanmır.

"Məhkəmə ibtidai istintaq orqanlarının Mkrtiç Okroyeviç Okroyanın Rusiya Federasiyasına ekstradisiya və ya deportasiya edildiyi təqdirdə ölkənin hüquq-mühafizə orqanlarına təhvil verildiyi tarixdən və ya Rusiya Federasiyasında faktiki olaraq saxlanıldığı tarixdən iki ay müddətinə məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətini təmin edib", - Moskvanın Tverskoy Məhkəməsindən bildirilib.

Qeyd edək ki, "Soyuz AMETK" ASC Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1943-cü ilin fevral ayında yaradılıb. Şirkət "SpaceX"in "Starlink"inə bənzər şəkildə internet peyklərinin kosmosa buraxılması üçün elmi konsepsiya hazırlayır.

Son xəbərlər

Bütün Xəbər Lenti