Rusiyada qocalar evində baş verən yanğında ölənlərin sayı 3 nəfərə çatıb - YENİLƏNİB - VİDEO
- 28 avqust, 2017
- 07:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 avqust. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk şəhərində qocalar evində baş vermiş yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsindən bildirilib.
Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi üzrə cinayət işi açılıb.
Hazırda hadisə yerində istintaq qrupu işləyir, zəruri ekspertiza təyin olunur.
***10:38
Rusiyada Krasnoyarsk şəhərində qocalar evində baş verən yanğında 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Krasnoyarsk diyarı üzrə regional idarəsindən məlumat verilib.
Bildirilib ki, yanğına görə 40 nəfər evakuasiya edilib, 3 nəfərin taleyi isə hələlik məlum deyil.
Qeyd edək ki, qocalar evində yanğın dünən gündüz saatlarında meydana gəlib. Təqribən 200 kvadratmetr sahə külə dönüb. Yanğın söndürülüb.