Rusiyada psixonevroloji internatda 9 nəfər ölüb

Region
  • 29 yanvar, 2026
  • 11:53
Rusiyada psixonevroloji internatda 9 nəfər ölüb

Rusiyanın Kemerovo vilayətinin Prokopyevsk şəhərində psixonevroloji internatda 9 xəstə ölüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Kuzbass Əmək və Sosial Müdafiə Nazirliyinin internatdakı komissiyasına istinadən verdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, yanvarın 24-də Prokopyevskdəki internatın xəstələrinin A qripinə kütləvi yoluxması faktı üzrə yoxlama başlayıb.

Regionun Səhiyyə Nazirliyindən verilən məlumata görə, Kuzbassdakı psixonevroloji internatda iki nəfərdə pnevmoniya aşkarlanıb, 46 nəfərdən A qripi virusu ilə bağlı götürülmüş nümunələr müsbət çıxıb.

"Araşdırmaların nəticələrinə əsasən, 7 nəfər ürək çatışmazlığı dekompensasiyası, ritm pozğunluğu və trombozlarla ağırlaşmış qan dövranı sistemi xəstəliklərindən ölüb.

Hazırda mütəxəssislər Prokopyevsk şəhər xəstəxanasının stasionarında vəfat etmiş 73 yaşlı qadının və 19 yaşlı kişinin ölüm səbəblərini dəqiqləşdirirlər", - Əmək Nazirliyindən bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti