Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
- 30 sentyabr, 2026
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrdə bildirib.
"Hazırda komissiya Kubrinsk kəndindəki bütün evləri yoxlayır. İndiki məqamda 22 çoxmənzilli binanın ciddi zərər gördüyü məlumdur. Partlayış dalğası və qəlpələr dam örtüklərini və pəncərələri zədələyib", - o qeyd edib.
Onun sözlərinə görə, bərpa işləri oktyabrın 2-dək başa çatdırılmalıdır, bundan sonra isə noyabr ayında yekunlaşacaq dam örtüklərinin təmirinə başlamaq lazımdır.
Yanğın sentyabrın 28-də baş verib, alov istehsalat ərazisindəki iki binanı məhv edib. 14 nəfər ölüb, 1 qadın yaralanıb, o, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sentyabrın 30-u Yaroslavl vilayətində matəm günü elan edilib.