Rusiyada neft emalı zavodu dron hücumu nəticəsində işini dayandırıb

Region
  • 25 avqust, 2026
  • 11:38
Rusiyada neft emalı zavodu dron hücumu nəticəsində işini dayandırıb

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində yerləşən neft emalı zavodu (NEZ) Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) zərbəsi səbəbindən fəaliyyətini dayandırıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slyusar sosial şəbəkələrdə məlumat verib.

"Rostov vilayətinə gecə hücumu nəticəsində "Novoşaxtinsk" NEZ zədələnib. Müəssisə müvəqqəti olaraq fəaliyyətini dayandırıb", - o qeyd edib.

44 - Tezliklə