Rusiyada koronavirusa yoluxanların sayı 4 871 843 nəfərə çatıb

Region
  • 08 may, 2021
  • 08:21
Rusiyada koronavirusa yoluxanların sayı 4 871 843 nəfərə çatıb

Rusiyada son sutkada daha 8 329 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 871 843 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 370 nəfər artaraq 112 992-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 488 615 nəfər sağalıb.