Rusiyada koronavirusa yoluxanların sayı 4 744 961 nəfərə çatıb

Region
  • 23 aprel, 2021
  • 08:10
Rusiyada koronavirusa yoluxanların sayı 4 744 961 nəfərə çatıb

Rusiyada son sutkada daha 8 840 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 744 961 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 398 nəfər artaraq 107 501-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 371 214 nəfər sağalıb.