Rusiyada hərbi sursat partlayıb, 1 əsgər həlak olub

Region
  • 04 may, 2019
  • 08:40
Rusiyada hərbi sursat partlayıb, 1 əsgər həlak olub

Rusiyanın Sverdlovsk vilayətinin poliqonunda hərbi sursatın partlaması nəticəsində 5 əsgər yaralanıb və onlardan 1-i həlak olub.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Mərkəzi Hərbi Komissiya və Hərbi Prokurorluq hadisənin səbəblərini araşdırır.

İlkin ehtimala görə, hərbçilər poliqonun ərazisində tonqal qalayıblar və bu da hərbi sursatın partlayışına səbəb olub.