Rusiyada dəm qazı faciəsi: yeddi nəfər ölüb

Region
  • 13 mart, 2026
  • 11:07
Rusiyada dəm qazı faciəsi: yeddi nəfər ölüb

Rusiyanın Penza vilayətində yaşayış binasında 7 nəfər karbon monoksid zəhərlənməsindən həlak olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Faciə Zareçnaya kəndində baş verib.

İlkin məlumata görə, karbon monoksid səkkiz mənzilli evin dörd mənzilinə yayılıb.

44 - Tezliklə