Rusiyada dağlıq ərazilər haqqında qanunun qəbul edilməsi imkanı nəzərdən keçirilir

Region
  • 20 may, 2026
  • 12:50
Rusiyada dağlıq ərazilər haqqında qanunun qəbul edilməsi imkanı nəzərdən keçirilir

Rusiyada federal səviyyədə dağlıq ərazilərin inkişafı haqqında xüsusi qanunun qəbul edilməsi zərurəti nəzərdən keçirilir.

"Report" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Lavrinenko WUF13 çərçivəsində MDB Parlamentlərarası Assambleyasında bəyan edib.

Onun sözlərinə görə, müvafiq qanunvericilik təşəbbüsü hazırda Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanır.

"Eyni zamanda, Rusiyanın dağlıq ərazilərinin iqtisadi və regional inkişafının stimullaşdırılması üçün müəyyən hüquqi mexanizmlər artıq yaradılıb", - Lavrinenko qeyd edib.

O vurğulayıb ki, bir çox digər ölkələrdə olduğu kimi, Rusiyanın dağlıq əraziləri üçün də əlverişsiz hava şəraitinin həyat fəaliyyətinin bütün aspektlərinə əhəmiyyətli təsiri xarakterikdir.

"Belə mürəkkəb problemlər kompleksinin həlli üçün dövlət və bələdiyyə idarəetməsinin müvafiq yanaşmaları və mexanizmləri formalaşdırılmalıdır. Dağlarda həyatın və təsərrüfat fəaliyyətinin spesifik təbii-iqlim şərtləri daimi xarakter daşıdığından, əhalinin həyat fəaliyyətinin dəstəklənməsi tədbirləri də eyni dərəcədə daimi olmalıdır", - deputat bəyan edib.

Onun sözlərinə görə, bu işdə strateji planlaşdırma mühüm yer tutmalıdır.

"Söhbət dağlıq ərazilərin sosial-iqtisadi inkişaf planlarının hazırlanması və həyata keçirilməsindən gedir", - Lavrinenko vurğulayıb.

44 filmi