Rusiyada COVID-19-a yoluxanların sayı 4 597 868-ə yüksəlib

Region
  • 06 aprel, 2021
  • 08:58
Rusiyada COVID-19-a yoluxanların sayı 4 597 868-ə yüksəlib

Rusiyada son bir gündə daha 8 328 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 597 868 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 389 nəfər artaraq 101 106-ya yüksəlib. COVID-19-dan sağalanların sayı isə 4 220 035 pasiyentə çatıb.

44 - Tezliklə