Rusiya Yaxın və Ortamənzilli Raketlərin ləğvi Müqaviləsindən çıxıb

Region
  • 03 iyul, 2019
  • 12:21
Rusiya Yaxın və Ortamənzilli Raketlərin ləğvi Müqaviləsindən çıxıb

Rusiya rəsmi olaraq Yaxın və Ortamənzilli Raketlərin ləğvi Müqaviləsindən çıxıb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qanun imzalayıb.

Rusiya prezidenti bildirib ki, ABŞ-ın bu müqavilədən çıxması fonunda sürətlə silahlanmaya cəlb olunmaqdan çəkinəcək.

Xatırladaq ki, bu ilin mayında Rusiya Duması Yaxın və Ortamənzilli Raketlərin ləğvi Müqaviləsinin dayandırılması ilə bağlı qanun qəbul edib.