Rusiya XİN: "3+3" platformasını tamtərkibli təşkilata çevirmək üzərində işləyirik

Region
  • 29 noyabr, 2024
  • 10:57
Rusiya XİN: 3+3 platformasını tamtərkibli təşkilata çevirmək üzərində işləyirik

Rusiya Cənubi Qafqaz üzrə "3+3" platformasının tamtərkibli təşkilata çevrilməsi istiqamətində iş aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikinci "Rusiya-Ermənistan" ictimai forumunda bildirib.

"Regionun bütün ölkələrinin maraqlarının harmonizasiyasında "3+3" regional əməkdaşlıq platformasına mühüm yer ayırırıq. Platformanın Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tamtərkibli təşkilata çevrilməsi üzərində işləyirik", - nazir müavini qeyd edib.