Rusiya XİN Yuri Xaçaturovla bağlı bəyanat yayıb

Region
  • 28 iyul, 2018
  • 12:19
Rusiya XİN Yuri Xaçaturovla bağlı bəyanat yayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiya XİN-i KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı ittihamla və onun dəyişdirilməsi prosesilə bağlı bəyanatla çıxış edib. 

Bu barədə "Report" xarici siyasət idarəsinin rəsmi saytına istinadən xəbər verir.

"KTMT-nin prosedur qaydalarına uyğun olaraq Yerevanda müvafiq qərar qəbul olunubsa, məhz erməni tərəfi öz vətəndaşının KTMT-nin Baş Katibi postundan geri çağırılması prosesinə rəsmən başlamalıdır", - Rusiya XİN-in bəyanatında bildirilir.