Rusiya XİN-i ölkənin Türkiyədəki səfirinin öldüyünü təsdiqləyib

Region
  • 19 dekabr, 2016
  • 17:28
Rusiya XİN-i ölkənin Türkiyədəki səfirinin öldüyünü təsdiqləyib

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın Türkiyənin paytaxtı Ankaradakı səfiri Andrey Karlov silahlı hücum nəticəsində ölüb.

"Report" xəbər verir ki, bunu "Rossiya 24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təsdiq edib.